Reklam
Xəbər lenti

























10:13
19-09-2018
Zaqatalaya dolu yağdı




















Ən çox oxunanlar

"Vəsait hər bir şəhid ailəsinə çatdırılacaq" - Musa Quliyev

"VÉsait hÉr bir ÅÉhid ailÉsinÉ Ã§atdırılacaq" - Musa Quliyev
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəmə hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev AzVision.az-a bildirib ki, prezidentin fərmanı dövlətin şəhid ailələrinə diqqət və qayğısından irəli gəlir. Deputat qeyd edib ki, fərman indiyə qədər vəsait almayan bütün şəhid ailələrini əhatə edəcək:

"Həmçinin bu fərman böyük problemi həll edəcək. Biz bunun həlli yolunu tapa bilmirdik. Elə bir şərait yaranmışdı ki, şəhid ailələrinin tələb etmək haqqı var idi. Həlli ilə bağlı mənbə yox idi. Bu dəfə də ölkə başçısı həmişə olduğu kimi müdrik qərar qəbul etdi. Fərmanda göstərilən maddələrə uyğun olaraq, bu vəsait hər bir şəhid ailəsinə çatdırılacaq. Bu, vətəndaşlarımız üçün böyük diqqətdir. Müharibə aparan ölkənin gənclərinin vətənpərvərlik ruhunda böyüməsi üçün əhəmiyyətli olacaq. Bu fərman hərbçilər arasında da ruh yüksəkliyi yaradacaq".
 



           Tarix: 19-04-2018 13:20   

Gündəm
































Video səhifəmiz

Fotosesiya