Reklam
Xəbər lenti

















10:14
18-07-2018
Manatın məzənnəsi




























Ən çox oxunanlar

Ramil Usubov prezident seçkiləri ilə bağlı TAPŞIRIQ VERDİ - FOTO

Daxili İşlər Nazirliyində (DİN) "Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr”ə və "Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti”nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
AzeriXalqaz xəbər verir ki,Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.
Nazir Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşıdakı illərdə xalqımızın və dövlətçiliyimizin taleyinin müəyyənləşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə - Prezident seçkilərində səsvermə hüququna malik 5 milyondan artıq seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlişinin gözlənildiyini xatırladıb. O, bu il aprelin 11-də - səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq "Tədbirlər planı”nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Seçkilərdə bütün səsvermə hüququ olanların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi, son aylar nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və bölgələrdə səyyar xidmətlərin keçirildiyini vurğulayan general-polkovnik R.Usubov belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin bir sıra görüləsi işlərin olduğunu bildirib.
Ölkədəki mövcud kriminogen duruma toxunan nazir cari ilin ötən dövründə də cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini deyib.
Gündəlikdəki birinci məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edib. Qeyd olunub ki, seçkilərin gedişi, eləcə də qanun pozuntuları barədə daxil olmuş məlumatların yoxlanılaraq zəruri tədbirlərin görülməsi və nəticələrinin vaxtında məruzə olunması məqsədilə Nazirliyin aidiyyatı baş idarə və idarələrinin əməkdaşlarından ibarət xüsusi işçi qrupu, Bakı Şəhər Baş Polis İdarəsində isə xüsusi operativ qrup yaradılıb.
Məruzəçi qeyd edib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən qeydiyyat və şəxsiyyət vəsiqəsi qruplarının işi də nəzarətdə saxlanılır. Təkcə ötən il müvafiq mərkəzlərdə ölkə vətəndaşlarına 646.242 şəxsiyyət vəsiqəsi verilib.
Məlumat verilib ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının əməkdaşlarından ibarət səyyar qruplar cəbhəboyu bölgələrə ezam olunub, ötən il mayın 16-dan bu il martın 1-dək 14 min nəfərə şəxsiyyət vəsiqəsi verilib və ya etibarlılıq müddəti bitmiş müvafiq sənədlər dəyişdirilib. Bütövlükdə şəxsiyyəti təsdiq edən sənədlərin dəyişdirilməsi ilə bağlı islahatların başlandığı 2001-ci ilin sentyabrından bu ilin martınadək 8 milyon 614 min 710 vətəndaş, o cümlədən 16 yaşdan yuxarı 6 milyon 748 min 524 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib.
Məruzə ətrafındakı çıxışlarda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı danışılıb.
İclasa yekun vuran nazir hər iki məsələ üzrə görülən işlərin qənaətbəxş olduğunu, əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.
O, aprelin 11-də keçiriləcək Prezident seçkiləri zamanı ictimai asayişin təmininin, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin, geyim formasını daşıma, həmçinin vətəndaşlarla təmasda hər zaman nümunəvi davranış qaydalarına ciddi riayət edilməsinin, əməkdaşların fiziki, döyüş və peşəkar hazırlıq səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini nəzərə çatdırıb. Prezidentliyə namizədlərin və onların nümayəndələrinin təbliğat-təşviqat apardıqları, yığıncaq və toplantı keçirdikləri yerlərdə ictimai asayişin etibarlı mühafizə olunması, təxribatların və neqativ halların qarşısının operativ şəkildə alınması, seçki komissiyalarının, habelə seçki bülletenlərinin, səsvermə protokollarının və digər sənədlərin etibarlı mühafizəsinin təşkili, eyni zamanda, seçki gününədək səsvermə hüququ olanların müvafiq sənədlərlə tam təmin olunması, etibarlılıq müddəti bitmiş vəsiqələrin dəyişdirilməsi sahəsində işlərin qısa müddətdə başa çatdırılması, səyyar qrupların işinin daha da sürətləndirilməsi müvafiq orqanların rəhbərlərindən tələb edilib.
Çıxışının sonunda nazir Ramil Usubov ölkə rəhbərliyinin respublika daxili işlər orqanlarına hər zaman ali diqqət və qayğı göstərdiyini, bunun növbəti əyani təzahürü kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əməkdaşların, hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşlarının cari il mart ayının 1-dən artırıldığını məmnunluqla qeyd edərək buna görə minnətdarlığını bildirib. O, əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıda duran məsul vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, yüksək etimadı doğrultmağa çalışacaq.



           Tarix: 16-03-2018 16:31   

Gündəm
































Video səhifəmiz

Fotosesiya