Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Vasif Məhərrəmli: "Elza Del Geranidən yaxşı şairdir"


ARB kanalında efirə gedən “Səhər-səhər” proqramında Əməkdar artist Vasif Məhərrəmlinin “Səməd Vurğundan böyük şairəm” deyənin ağlında çatışmazlıq, problem var” sözlərinə tanınmış şair Şəhriyar Del Geraninin sərt reaksiya verməsi qalmaqala səbəb olub.
Del Geraninin açıqlaması və onun haqqında dediyi sözləri eşidib hiddətlənən Əməkdar artist Oxu.Az-a açıqlama verib.
O bildirib ki, verilişdə heç kimin adını çəkməyib:
“Mənə sual verildi, mən də dedim ki, kimliyindən asılı olmayaraq, heç kimin ixtiyarı yoxdur ki, yüz ilin brendi olan şairi aşağılasın. Səməd Vurğun zamanında rusiyalı şairləri, yazıçıları Azərbaycan torpağında diz çökdürüb, bənövşəni onlara dibindən iylətdirən biri olub.
Sonradan onlar başa düşüblər ki, sən demə, Səməd Vurğun bütün bunları gülə görə etməyib, ona görə edib ki, həmin şairlər bizim torpaqlarımızda diz çöksünlər. Onlara deyib ki, bənövşəni qırıb iyləməyin, onun qoxusunu tam dərk etmək üçün əyilib yerdən – torpaqda ola-ola iyləmək lazımdır.
Səməd Vurğun bütün bunları edən adamdır. Yazıları isə göz önündədir. Onu qəbul etməyən adamın şairlikdən xəbəri ola bilməz. Azərbaycan modelinin qurucusu, Ulu Öndərimiz Heydər Əliyev cəmi bir dəfə – gözləri dolaraq şeir dedi. Həmin şeir də Səməd Vurğuna aid idi. Sən kim olursan, Səməd Vurğunun şeirini bəyənmirsən?”
Məhərrəmli Şəhriyarı tanımadığını, onun azərbaycanlı olmasına şübhə ilə yanaşdığını deyib:
“Sözügedən şairi tanımıram. İndi gördüm ki, Şəhriyar Del Gerani adlı şair var. 
Birincisi, onun azərbaycanlı olmasına şübhə ilə yanaşıram. Azərbaycan torpaqlarında yaşayıb, onun vətəndaşı olan bir adamda indiyədək “Del” adlı soyad görməmişəm. Ola bilsin, o, İspaniya milli yığmasının keçmiş baş məşqçisi Visente Del Boskenin qohumudur, ispan əsillidir.
Yüz illərdir brend olan bir şairə böhtan atmaq, onun haqqında nəsə demək insanlığa sığışmayan bir şeydir. Elza Seyidcahan Şəhriyardan yaxşı şairdir. Elzanın “Bığ” şeirini də ona həsr edirəm”. 
Əməkdar artist Şəhriyarın “Vasif “Azərbaycan mənim vətənimdir” cümləsini morfoloji təhlilə çəksin, şəxsi avtomobilimi ona hədiyyə edəcəm” sözlərinə sərt reaksiya verib:
“Mən Vasif Məhərrəmli adı olaraq ölkənin brendləşmiş müğənnisiyəm. Öz sənətimdə peşəkaram. Mən bunu edə bilərəm, ancaq mənim hansısa bir cümləni morfoloji təhlil etməyimə ehtiyac yoxdur.
Ümumiyyətlə, sən kimsən ki, məni test edirsən? Gəl, səni göndərək Yazıçılar Birliyinə, görək, sən şairliyə yarayırsanmı? Gerani deyir ki, maşınımı ona hədiyyə edəcəm. Gəlin, şəhərə sorğuya çıxaq.
Şəhərdə Del Boskenin qohumu olan “Del Bərqərari”ni beş adamdan biri şair kimi tanısa, maşınımı yox, onun “zapas” təkərini Şəhriyara hədiyyə edəcəm. Avtomobilimin təkəri ilə onun maşını eyni qiymətədir”. 
Geraninin “Vasif Məhərrəmli manıslıqla məşğul olur” sözlərini də cavabsız qoymayıb:
“Bu ölkənin prezidenti mənə “Əməkdar artist” fəxri adını verib. Sən hansı ixtiyarla mənə “manıs” deyirsən? Sən heç ömründə “Xalq şairi” ola biləcəksənmi, ay bədbəxt, ay saqqal?! Sən özün kimsən? Bığının altındakı saqqalından bir utan!
İndiyədək Azərbaycan şairlərinin hansının dodağının altında elə saqqalı olub? Mömin qardaşlarımız məndən inciməsin. Müsəlmanın saqqalı olar, bunun kimi yox!”
Qeyd edək ki, Şəhriyar Del Gerani Kulis.az-a açıqlamasında Vasif Məhərrəmli haqda bu sözləri demişdi:
“Vasif Məhərrəmli haqlıdır. Həqiqətən, mənim əqli problemlərim var. Belə olmasaydı, Azərbaycan kimi cəmiyyətdə elmlə, ədəbiyyatla, maarifçiliklə deyil, manıslıqla məşğul olardım. Kef eləsinlər, cəmiyyət onların cəmiyyətidir.
Başda Elgiz olmaqla, digər televiziya jurnalistlərinə analoji polemik müstəvilər verin, müzakirə etsinlər. Məsələn, Axundov Füzulini şair hesab etmirdi. İsrail Məmmədovu çağırıb bunu müzakirə etmək olar. Və ya Səməd Vurğun Hüseyn Cavidi şarlatan adlandırmışdı və onun ədəbiyyata dəxli olmadığını demişdi.
İbrahim Borçalı ilə də bunu müzakirə etmək olar. Hər şey bir yana, Azərbaycan dilini ana dilim adlandıran, dil mənim namusumdur deyən və bu dildə bütün günü toyxanalarda sağa-sola oxuyub, pul qazanan müğənni dostumuza sadə bir test tapşırığı verirəm. Bu tapşırıqdan məharətlə çıxsa, bütün media və oxucuların qarşısında söz verirəm ki, şəxsi avtomobilimi ona hədiyyə edəcəm.
Siz zəng edin ona, səsini də yazın. “Azərbaycan mənim vətənimdir” cümləsini morfoloji təhlilə çəksin. Çox xahiş edirəm, səsini mütləq yazın. Yox, əgər bilməsə, getsin, Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısına təzədən qulaq assın. Eşqlərimlə!”



           Tarix: 19-02-2018 09:49   

Gündəm
































Video səhifəmiz

Fotosesiya