Reklam
Xəbər lenti




12:59
25-11-2017
Sabahın hava PROQNOZU:






























09:30
24-11-2017
Qızıl ucuzlaşdı











Ən çox oxunanlar

SPACE televiziyasının prezidentinə Çində vəzifə verildi

Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti, SPACE televiziyasının prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.
 
AzeriXalq.az Yenicag.az–a istinadən xəbər verir ki, bu barədə keçirilən tədbirdə məlumat verilib.

Qeyd edək ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Dorox, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak edib.
 
V. Mustafayevə Avrasiya mədəniyyətinə bəxş etdiyi müstəsna töhfələrinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim olunub.
V. Mustafayev çıxış edərək, ürək sözlərini bölüşüb:

"Mənə verilən bütün mükafatları vətəndaş olaraq qəbul edirəm. İlk öncə bu ölkənin vətəndaşıyam. Cənab prezidentimiz İlham Əliyevə Azərbaycanı bütün dünyada tanıtdığı üçün minnətdarlığımı bildirirəm. Bizi elə buna görə də tanıyırlar”.



           Tarix: 11-10-2017 15:36   

Gündəm
































Video səhifəmiz

Fotosesiya