Reklam
Xəbər lenti

















10:14
18-07-2018
Manatın məzənnəsi




























Ən çox oxunanlar

Prezidentdən sahibkarlara daha bir dəstək; Qanun paralamentə göndərildi

Prezidentdən sahibkarlara daha bir dəstək; Qanun paralamentə göndərildi
Prezident İlham Əliyev Milli Məclisə "Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsi təqdim edib. Modern.az-ın verdiyi xəbərə görə, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanun layihəsi sahibkarlıq sahəsinin yaxşılaşdırılmasına yönələn və iqtisadiyyatın yüksəlməsinə kömək edəcək.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, "Lisenziyalar və icazələr haqqında” qanun layihəsi sahibkarın icazə sisteminin tənzimlənməsinin iqtisadi və hüquqi əsaslarını müəyyən edir: "Bu qanunda lisenziyaların verilməsi prosesinin sadələşdirilməsi və təkmilləşməsi öz əksini tapır. Lisenziyalar elektron veriləcək. Burada "bir pəncərə” sisteminin təmin edilməsi də nəzərdə tutulub. Layihə Milli Məclisə təqdim edilməzdən əvvəl beynəlxalq təcrübə nəzərə alınıb.

Əvvəllər sahibkarlar lisenziya almaq üçün bir neçə mənbəyə müraciət edirdi, amma bu layihə qəbul ediləndən sora bir mənbəyə müraciət edəcək. Bu qanun qəbul olunarsa, bir neçə hüquqi normativ sənədlərdə də dəyişikliklər olacaq. Əvvəllər lisenziyalar 15 günə verilirdisə, indi 10 iş günü müddətinə veriləcək. Bu lisenziyalar sahibkarlara müsbət təsir edəcək. Çünki sahibkar lisenziya üçün müraciət edəndə onlara müsbət cavab veriləcək. Cənab prezidentin fərmanı ilə bu lisenziyaların verilməsi noyabrın 2-dən "Asan xidmət”ə tapşırılıb. Artıq 200-dən çox sahibkara lisenziya ilə bağlı cavab verilib”.

Nazir müavini deyib ki, xüsusi razılığın və icazənin verilməsi müddətsiz olacaq: "Əvvəlki normativ sənədlərdə vaxt qoyulurdusa, təklif edilən qanun layihəsində müddətsiz olması gözlənilir”.



           Tarix: 17-12-2015 19:37   

Gündəm
































Video səhifəmiz

Fotosesiya