Reklam
Xəbər lenti






















10:47
19-10-2017
Manatın MƏZƏNNƏSİ























Ən çox oxunanlar

İlham Əliyev məhz buna görə adı tarixdə qalacaq dövlət xadimidir

Prezident İlham Əliyev mükəmməl dövlət adamı, peşəkar siyasətçidir. O, ulu öndər Heydər Əliyevin zəngin həyat məktəbinin xüsusiyyətlərini, idarəçilik təcrübəsinin incəliklərini mənimsəmiş liderdir, müasir dövlətçilik ənənələrimizin layiqli davamçısıdır.

AzeriXalq.az  xəbər verir ki, bunu Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.  

Mətbuat Şurasının sədri qeyd edib: "Dövlət başçımızın ötən rəhbərliyi müddətinə, əldə edilmiş misilsiz nailiyyətlərə nəzər salarkən qətiyyətlə söyləmək mümkündür ki, Azərbaycan dünyada heç vaxt indiki qədər tanınmamış, qəbul edilməmişdi. Cənab İlham Əliyev belə bir yüksək statusu ölkəmizə qazandıran, məhz buna görə də adı tarixdə qalacaq dövlət xadimidir.

Prezident İlham Əliyev mətbuata hər zaman diqqət və qayğı ilə yanaşıb, jurnalistikanın dövlət idarəçiliyindəki rolunu yüksək qiymətləndirib, ümumən medianın cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsindəki, sağlam düşüncə tərzinin formalaşmasındakı missiyasına son dərəcə həssas münasibət göstərib. Çıxışlarında jurnalist fəaliyyətinin ən müxtəlif aspektlərinə toxunaraq səsləndirdiyi fikirlər, peşənin demokratik dövlət quruculuğu prosesindəki mahiyyətini əsaslandıran arqumentləri onun parlaq şəxsiyyət obrazını canlandırır".

Millət vəkili ölkəmizin İlham Əliyevin idarəçiliyi ilə daha yüksək zirvələri fəth edəcəyinə inandığını vurğulayıb və bu yolda dövlət başçısına uğurlar arzulayıb.




           Tarix: 24-12-2016 16:32   

Gündəm
































Video səhifəmiz

Fotosesiya