Reklam
Xəbər lenti













































Ən çox oxunanlar

Pakistan Azərbaycanla birgə müəssisə yaratmaqda maraqlıdır

Pakistan AzÉrbaycanla birgÉ müÉssisÉ yaratmaqda maraqlıdır
Pakistan Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Bunu Trend-ə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

O qeyd edib ki, birgə layihələr müxtəlif sahələrdə, xüsusilə də tekstil məhsullarının istehsalında reallaşdırıla bilər:

“Pakistanın tekstil sənayesi yaxşı inkişaf edib. Ölkənin sənaye məhsullarının ixracında ən böyük hissəni bu sahə təşkil edir. Azərbaycana ixracın 60 faizi tekstil məhsullarının payına düşür”.

Səfir əlavə edib ki, Azərbaycana ixrac strukturunda ikinci yeri düyü tutur.

Onun sözlərinə görə, Azərbaycanla birgə müəssisələrin yaradılması yaxın perspektivdə nəzərdən keçirilə bilər.



           Tarix: 05-09-2019 16:47   

Gündəm
































Video səhifəmiz

Bakıda avtobuslar Éks yola çıxaraq sÉrniÅinlÉri tÉhlükÉyÉ atıb

Fotosesiya