Reklam
Xəbər lenti

















10:14
18-07-2018
Manatın məzənnəsi




























Ən çox oxunanlar

"Cənab Prezidentin imzaladığı sərəncamlar tarixi əhəmiyyətə malikdir"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif sahələrə aid imzaladığı Fərman və sərəncamlar dövlətin inkişafına, bütövlükdə vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlib. Hesab edirəm ki, imzalanmış hər bir sərəncamın arxasında kifayət qədər cəmiyyətə, dövlətə böyük xidmətin nümunəsi dayanır. 

AzeriXalq.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Baş redaktorun sözlərinə görə, Prezidentin imzaladığı sərəncamlar tarixi əhəmiyyətə malikdir: "Məsələn, ötən gün dövlət başçısı tərəfindən Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı imzalanan Sərəncam mühüm hadisədir. Yeni yolların, su xəttlərinin çəkilişi, yeni infrastruktur layihələrinin yaradılması Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşmasına yönəlmiş layihələrdir. Bütün bunlar çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir ki, dövlət başçısı bu məsələləri davamlı və sistemli şəkildə diqqətdə saxlayır. Cənab Prezident regionlara səfəri zamanı oradakı insanlarla ünsiyyətdə olur və onların arzularını, istəklərini dinləyir".

V.Rəhimzadə əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda görülmüş işlər dünya üçün bir növ örnəkdir: "Azərbaycanda müstəqilliyin bərpasından sonra çox böyük işlər, layihələr reallaşdırılıb. Bütövlükdə Azərbaycan qlobal layihələrə imza atıb. Təkcə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi yalnız region üçün deyil, bütün dünya üçün əhəmiyyətli bir layihədir. Təbii ki, bütün bunlar cənab Prezidentin qətiyyəti, səyləri nəticəsində reallaşıb. 

Bu gün regionda Azərbaycanın razılığı və iştirakı olmadan hansısa layihənin reallaşması qeyri-mümkündür. Bu gün Azərbaycanın iqtisadi gücü, qüdrəti durmadan artır. Reallaşan və həyata keçirilən bu işlər Azərbaycanın davamlı iqtisadi imkanlarının artmasına gətirib çıxaracaq layihələrdir".




           Tarix: 22-06-2018 18:46   

Gündəm
































Video səhifəmiz

Fotosesiya