Reklam
Xəbər lenti




12:59
25-11-2017
Sabahın hava PROQNOZU:






























09:30
24-11-2017
Qızıl ucuzlaşdı











Ən çox oxunanlar

Nuşirəvan Məhərrəmli ləhcə və dialektlə danışanlara səsləndi

"Ədəbi dil normalarının qorunması hər bir kəsin vətəndaşlıq borcu olmalıdır".

AzeriXalq.az apa-ya istinadən verdiyi məlumata görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli bildirib ki, hər bir kəs Ana dilini səlis bilməlidir: "Hər birimiz orta məktəbdə "Azərbaycan dili" dərsi keçirik. Bu dərslik Azərbaycanın bütün bölgələrinin dilləri əsasında formalaşıb. O baxımdan biz hər hansı ləhcədə, dialektdə danışmamalı, alınma sözlərdən minimum istifadə etməliyik. Alınma sözlərdən yalnız Azərbaycan dilində qarşılığı olmayanda istifadə olunmalıdır. Bu məsələdə əsas iş ziyalılarımızın, QHT-nın, ümumiyyətlə, cəmiyyətin fəal qisminin üzərinə düşür. Mən ədəbi dil normalarının qorunması ilə bir müddət əvvəl keçirilən konfransda da çağırış etdim ki, ziyalılar, QHT, cəmiyyətin fəal qismi bu işdə öndə getsinlər. Çünki Azərbaycan dilində danışanların sayı nə qədər azalırsa, bu, Azərbaycan dilinə ziyan vurur. Hər birimiz doğma torpağımızda, Azərbaycanda yaşayırıqsa, dilimizin inkişafına çalışmalıyıq, dilimizin zəifləməsinə yox".

N. Məhərrəmli telekanallarda ədəbi dil normalarına riayət olunması sahəsində monitorinqlərin davamlı şəkildə aparılacağını da qeyd edib: "Amma bu məsələdə əsas iş mütəxəssislərin üzərinə düşür. Dil sahəsində çalışan Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu, dil üzrə ayrıca Dövlət Komissiyası var. Onlar bu sahədə fikirlərini deməlidir. MTRŞ yalnız mütəxəssislərin rəyi əsasında hər hansı tədbir görə bilər".

N. Məhərrəmli AMEA Dilçilik İnstitutunun hazırladığı və ədəbi dil normalarının pozulmasına görə inzibati cərimələri nəzərdə tutan layihə ilə hələ tanış olmadığını da bildirib: "Bu layihə ilə tanış olduqdan sonra fikir deyə bilərəm".



           Tarix: 19-10-2017 14:44   

Gündəm
































Video səhifəmiz

Fotosesiya