Reklam
Xəbər lenti




















10:36
13-12-2017
Qızıl bahalaşıb



09:48
13-12-2017
Neft bahalaşdı






















Ən çox oxunanlar

Övladının ad günündə yoxa çıxan kişinin asılmış meyiti tapıldı-Bakıda

 

 

 Bakıda itkin düşən 48 yaşlı kişinin asılmış meyiti tapılıb.

AzeriXalq.az-ın report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib. 

Belə ki, 1969-cu il təvəllüdlü Süleymanov Azər Əkbər oğlu yanvarın 9-u səhər saat 09:00-da evdən çıxıb və geri qayıtmayıb. Ailəsi bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib. Polis onu itkin düşmüş şəxs kimi qeydiyyata alıb və axtarışına başlayıb. Araşdırmalar zamanı A.Süleymanovun Nəsib bəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə asılmış meyiti aşkarlanıb.

Qeyd edək ki, A.Süleymanov iki dəfə ailə həyatı qurub. Onun ikinci nikahdan bir övladı var. Hadisə baş verən gün A.Süleymanov övladının ad günü olub. Amma ata övladının ad günü mərasiminə qatılmayıb. Daha sonra isə həyat yoldaşı Günay Süleymanovun telefon zənglərinə cavab verməyib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 




           Tarix: 12-01-2017 11:37   

Gündəm
































Video səhifəmiz

Fotosesiya