Reklam
Xəbər lenti











































Ən çox oxunanlar

Rusiya telekanalında Azərbaycan mahnısının erməni musiqisi kimi təqdim olunmasına MÜNASİBƏT

Müəllif Hüquqları Agentliyi bu il yanvarın 8-də Rusiyanın "Telekafe" kanalında yayımlanan "Путешествие за вкусом" verilişində efirə gedən "erməni mətbəxinə" həsr edilən buraxılışda görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi "Sən gəlməz oldun" mahnısının musiqisi fon musiqisi kimi səslənməsi və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılması faktına münasibət bildirib.

AzeriXalq.az xəbər verir ki, agentlikdən report-a verilən məlumta görə, "Sən gəlməz oldun" adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə.Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan "Sən gəlməz oldun" mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqi kimi tanınır.

Bütün arxiv sənədlərindən də göründüyü kimi, "Sən gəlməz oldun" mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır.

Rusiyada aşkar olunan "the art of armenian duduk" ("Maqiçeskiy Duduk") adlı bir diskdə erməni ifaçısı Civan Qasparyanın ifa etdiyi kompozisiyalar toplanmışdır. Bu topluda oğurlanmış əsərlərin siyahısında Tofiq Quliyevin "Sənə də qalmaz", Rauf Hacıyevin "Saçlarına gül düzüm", Cahangir Cahangirovun "Ay qız", Emin Sabitoğlunun "Neyləyim", Ələkbər Tağıyevin "Sən gəlməz oldun", Eldar Mansurovun "Melodiya" və "Gecə zəngləri" kimi məşhur musiqi əsərləri vardır.
Bununla yanaşı lisenziyasız toplularda məşhur Azərbaycan balabançısı Əlixan Səmədovun çox gözəl albomu, həmişə olduğu kimi "yaxşı erməni musiqisi" adı altında təklif olunur. Kompozisiyaların rus dilində göstərilmiş adları: "Tı ne prişla", "Svetlovolosaya nevesta", "Ne prişla", "Lirika", "Ayvovıy tsvetok" ermənilər tərəfindən qoyulmuş elə həmin kiçik yaradıcılıq elementidir. Axı, söhbət elə Ə.Tağıyevin "Sən gəlməz oldun" mahnısından, "Sarı gəlin", "Gəlmədin" Azərbaycan xalq mahnılarından, "Mirzeyi" və "Heyva gülü" Azərbaycan rəqs havalarından gedir. Təbii ki, plagiatçılar nə kompozisiyalarının mənşəyini, nə də onun əsil ifaçılarını göstərmirlər.
Bildiririk ki, Ələkbər Tağıyevin vərəsəsi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün ifaçı C.Qasparyan tərəfindən onlardan icazə alınmadığını bildirib.

Ümumiyyətlə, Ə. Tağıyevin "Sən gəlməz oldun" mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi "Byanka" adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi "Soqdiana" adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ə. Tağıyevin bəstələdiyi "Sən gəlməz oldun" mahnısının musiqisindən qeyri-qanuni istifadə etmişdilər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirmiş, Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparmışdı.
Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın "Sarı gəlin", "Süsən sünbül" və onlarca digər xalq mahnılarını, "Yallı", "Vağzalı", "Köçəri", "Uzundərə", "Mirzəyi" rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.

Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparılıb və bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılmış, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılmış və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib. 




           Tarix: 11-01-2017 17:25   

Redaktor seçimi

























Video səhifəmiz

Fotosesiya